10:24 - 10.04.2023
10 aprel, Fineko/abc.az. “Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir”.
ABC.AZ-ın məlumatına görə, bunu daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
O qeyd edib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:
“Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. “Neftçilər” metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.
2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il “Nərimanov” metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər “Leninqrad” layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir”.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026