17:30 - 13.03.2023
13 mart, Fineko/abc.az. "Fitch" beynəlxalq reytinq agentliyi neftin qiyməti ilə bağlı proqnozlarını yeniləyib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü il üçün neft qiymətlərini hər barelə 85 dollar olaraq bildirən Fitch, bu il üçün gözləntilərini dəyişməyib. Lakin 2024-cü il üçün gözləntilərini barel başına 65 dollardan 75 dollara yüksəldib.
2025-ci il üçün bank neftin bir barelinin qiymətini 53 dollardan 65 dollara qədər qaldıraraq dəyəri yenidən nəzərdən keçirib.
Qeyd edək ki, neftin qiymətinin uzunmüddətli proqnozu hələ də 53 dollar səviyyəsindədir.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026