Ötən il ən zəif maaş bu sahələrdə artıb - SİYAHI

14:24 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ən çox maaşı artan sahələri statistikasını açıqlayıb. Bununla yanaşı, maaşların ən zəif artdığı sahələr də məlum olub.

ABC.AZ-ın məlumatına görə, ötən il maaşların ən zəif artdığ mədənçıxarma (əsasən neft-qaz sektoru) , maliyyə və sığorta, eləcə də ticarət sahəsidir.

Neft qaz sahəsində maaşlar cəmi 6,4%, amma məbləğ ifadəsində təqribən 200 manat yüksəlib və 3284 manat təşkil edib – həmişəki kimi iqtisadiyyatda ən yüksək maaş olan sahədir.

Maliyyə və sığorta sahəsində isə maaşlar 2022-ci ildə 6,9% artıb və 2000 manatlıq psixoloji həddi keçib. Maaşların belə zəif artımı sektoru aşağı maaşla yeni işçi qüvvəsinin cəlb edilməsi ilə bağlıdır.

Ticarət sektoru isə ənənəvi olaraq ölkədə ən aşağı əmək haqqı alan sahədir  - hətta 7,25-lik artımdan sonra da burada aylıq əmək haqqı 575 manata bərabərdir.