SOCAR Pakistanda LNG terminalı yaradıla bilər

10:06 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Pakistanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə LNG terminalı yaradıla bilər.

ABC.AZ xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə keçirilən görüşdə aparılıb.

Görüşdə mayeləşdirilmiş təbii qazın (LNG), neft məhsullarının təchizatı üzrə mövcud əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Həmçinin enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub.