Əmək pensiyaları bundan sonra belə hesablanacaq - Video

10:15 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.

ABC.AZ xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin müdiri Eyvaz İsmayılov  bildirib ki, əvvəlki qanunvericilikdə hərbi qulluqçular tərxis olunduqdan sonra onlara pensiya təyin edilirdi. Əgər yenidən hərbi qulluqçular hərbi xidmətə qayıdırdısa, həmin şəxslərin pensiyaları sonuncu təminat xərcliyinə əsasən hesablanmırdı.

Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq.