10:16 - 10.02.2023
10 fevral, Fineko/abc.az. 2022-ci ildə Gəncə şəhərində təqribən 700 nəfər iş yerini itirib.
ABC.AZ Gəncə Şəhər Statistika İdarəsinin rəqəmilərinə əsasən xəbər verir ki, adıçəkilən şəhərdə muzdla (yəni rəsmi əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 2022-ci ilin yanvar-noyabr aylarında 45 721 nəfər olub.
Bunların 28 840 nəfəri, yəni 62,3%-i dövlət sektorunda, 17 241 nəfəri, yəni 37,7 faizi isə qeyri-dövlət sektorunda işləyir. Başqa sözlə, Gəncədə işləyən hər 3 nəfərdən 2-si dövlət işçisidir.
Ölkənin əksər regionlarına xas olan bu mütənasiblik özəl sektorun lazımınca inkişaf etməməsinin və geniş sayda iş yeri təqdim edə bilməməsinin göstəricisidir.