Bakıda daha bir hotel açılıb – Prezident mərasimə qatılıb

15:14 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Bakıda daha bir hotelin açılışı olub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışa qatılıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, dekabrın 19-da dövlət başçısı və birinci xanım paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər, yaradılan şəraitlə tanış olublar.