Bakıda bu ərazilərdə metrostansiyaları tikilir - Siyahı

12:39 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Bak Metropoliteninin perspektiv inkişaf planı ölkə rəhbərliyi tərəfindən təsdiqlənib və stansiyaların sayı çoxdan artmalı idi. Amma daha ciddi səbəblərdən, o cümlədən investisiyaların daha çox azad edilmiş ərazilərimizin bərpası üçün ayrılmasına görə, bu işlər ləngiyir.

ABC.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq metropolitenin də tikintisinə vəsait ayrılıb:

“Hazırda “B-04” stansiyasında tikinti işləri aparılır. Gələn ildən isə “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək. Artıq dövlət proqramında qeydlər var ki, bu layihəyə vəsait ayrılacaq. Həmçinin "Yaşıl" xəttin “Y-14”, “Y-15” və “Y-16” stansiyalarında tikinti işləri aparılacaq”