21:45 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Hindistan Mərkəzi Bankının (RBI) açıqladığı məlumatlara görə, ölkənin xarici valyuta ehtiyatları 21 avqust həftəsində 12,4 milyard dollar artaraq 729,33 milyard dollara yüksəlib və bütün dövrlərin ən yüksək göstəricisinə çatıb. Bundan əvvəlki rekord fevral ayında (728,5 milyard dollar) qeydə alınmışdı.
Mərkəzi bankın xaricdə yaşayan Hindistan vətəndaşları üçün xüsusi depozit proqramları da daxil olmaqla, iyun ayının əvvəlindən həyata keçirdiyi tədbirlər ölkəyə 72,8 milyard dollar kapital axını təmin edib. Bu addım tədiyyə balansında ardıcıl üçüncü il kəsirin yaranmasının qarşısını alıb.
Son göstəricilərə əsasən, Çin 3,4 trilyon dollarla valyuta ehtiyatlarına görə dünyada birinci sıradadır. Ondan sonra Yaponiya (1,2 trilyon dollar), İsveçrə (953,5 milyard dollar), Hindistan və Rusiya (720 milyard dollar) gəlir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026