21:41 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Мичиган Universitetinin hesabladığı ABŞ-ın istehlakçı inam indeksi avqust ayı üçün ilkin proqnozla müqayisədə yuxarı doğru reviziya edilərək 51,7 punkta çatdırılıb.
Buna baxmayaraq, göstərici iyul ayı ilə (55,2 punkt) müqayisədə 3,5 punkt azalıb. Cari iqtisadi şərait indeksi 2,9 punkt enərək 51,9-a, gələcək gözləntilər indeksi isə 3,9 punkt azalaraq 51,5 səviyyəsinə düşüb.
Sorğu müdiriyyətinin rəhbəri Cuan Syunun bildirdiyinə görə, inflyasiya narahatlıqları və geosiyasi gərginliklər fonunda yanacaq qiymətlərinin artacağı gözləntiləri istehlakçı əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdə davam edir. İstehlakçıların qısamüddətli inflyasiya gözləntisi isə avqustda %4,2-dən %4-ə enib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026