12:22 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. G20 sammitinin keçirildiyi Balidə varlı əcnəbilər üçün yeni vizanın təqdimatı olub.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, təqdimatda bildirilib ki, "ikinci ev vizası” adlanan sənəd əcnəbilərə İndoneziya iqtisadiyyatına töhfə verməklə 5-10 il ərzində ölkədə qalmağa imkan verəcək.
"Yeni vizanın potensial sahibləri dünyanın hər yerində, xüsusən də İndoneziyada investisiya fəaliyyəti həyata keçirə bilən iş adamlarıdır. Viza üçün ərizə İmmiqrasiya Departamentinin veb saytı vasitəsilə təqdim edilə bilər. Bunun üçün ərizəyə hesabda 131 min dolların olmasını təsdiq edən sənəd əlavə etmək və qeydiyyat üçün 200 dollar ödəmək lazımdır", - deyə təqdimatı keçirən rəsmilər bildirib.
Müəllif: Elmir Murad