09:43 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib.
ABC.AZ "Azərsu" ASC-yə istinadla xəbər verir ki, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb.
Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub.
Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.
13 Avqust 2026
12 Avqust 2026