14:43 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. Deputat İqbal Məmmədovun daha bir şirkətində dövlət qurumunun əməkdaşlarına məcburi audit keçirilməsinə icazə verilməyib.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, nəticədə "Lerik Broyler” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə iş başlanıb və baxılması üçün Lerik Məhkəməsinə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində göstərilir ki, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026