10:00 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. "Qaraqaşlı Broyler” ("Şəfa”) ASC-də kütləvi ixtisarlar başlanıb.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, ixtisarlar şirkətin iflası ilə bağlıdır.
ASC-nin bir qrup işçisinin sözlərinə görə, şirkət yaxın vaxtlarda iflasa uğradığını elan edərək fəaliyyətini dayandıracaq. Onlar iddia edir ki, bu barədə şirkət rəbərliyi işçilərə xəbərdarlıq edib.
Şirkətin direktoru Heydər Əsgərov bildirib ki, baş verənlər sanasiya ilə əlaqədardır: "Quşçuluq təsərrüfatları 5 ildən bir sanasiya (sağlamlaşdırıcı tədbirlər) proseduru həyata keçirməlidir. Biz də 15 ildir fəaliyyət göstəririk və sanasiyaya ehtiyac var. Ona görə də işçiləri evə buraxmışıq. Şirkətin faəliyyətinin dayandırılmasından söhbət getmir”.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026