14:52 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-avqust aylarına nisbətən 13,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz yüksəlmişdi.
2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 01,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 20,8 faiz artmışdı.
17 Avqust 2026
15 Avqust 2026