Veysəloğlu açıqlama yaydı - Məhsulların qiyməti 14,5% artıb

11:28 - 13.10.2022


13 oktyabr, Fineko/abc.az. Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il sentyabr ayının qiymət indeksini açıqlayıb.

ABC.AZ xəbər verir ki, son açıqlamaya görə, “Veysəloğlu Pərakəndə İndeksi” 114,5% təşkil edib.

Bu indeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 14,5% qiymət artımı müşahidə olunub.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

Məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

Müəllif: Elmir Murad