16:45 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 4 milyard 227 milyon 449,2 min manat məbləğində vergi və rüsum köçürüb.
ABC.AZ xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.
Qeyd olunub ki, 2021-ci ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 193 milyon 247 min manat təşkil edib.
Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 32,4% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 34 milyon 744,4 min manat (artım 39,8%), aksizlər üzrə 121 milyon 204,4 min manat (artım 0,5%), yol vergisi üzrə 47 milyon 116,1 min manat (artım 48,6%) təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026