16:00 - 28.09.2022
28 sentyabr, Fineko/abc.az. Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
ABC.AZ xəbər verir ki, qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.
15 Avqust 2026
17 Avqust 2026