Azərbaycanın xaricdən kərə yağı idxalı artıb

10:30 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 74 milyon 167 min dollar dəyərində 12 min 946 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin 8 ayı ilə müqayisədə kərə yağı idxalı miqdar ifadəsilə 3 min 4 ton və ya 30,2%, dəyər ifadəsilə 24 milyon 56 min dollar və ya 48% artıb.

2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 50 milyon 112 min dollar dəyərində 9 min 942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Müəllif: Elmir Murad