10:57 - 16.09.2022
16 sentyabr, Fineko/abc.az. "Azexport.az" internet portalı və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin birgə əməkdaşlığı ilə “Amazon” və “eBay” platformalarından Azərbaycanın milli kəlağayılarının Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib.
ABC.AZ-ın məlumatına görə, bu kateqoriyadan olan məhsulların satışı əsasən payız - qış aylarına təsadüf etdiyindən növbəti aylarda sifarişlərin artması gözlənilir.
Əməkdaşlıq çərçivəsində ilkin olaraq sadalanan platformalarda sınaq məqsədilə on çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb.
Məhsula olan marağı nəzərə alaraq nümayiş olunan məhsul çeşidinin artırılması nəzərdə tutulub.
17 Avqust 2026
15 Avqust 2026