Əhalinin hər bir nəfəri ayda bu qədər vəsait xərcləyib – Hesabat

16:33 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2.8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.7 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3.1 faiz, fərdi sahibkarlar üzrə 1 faiz, bazar və yarmarkalarda isə 6.3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 383,8 manatlıq, o cümlədən 216.6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167.2 manatlıq qeyri-ərzaq malları alıb.