15:46 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Son bir ildə əhalinin ərzaq mallarına sərf etdiyi vəsait 3 milyard manata yaxın artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında əhali ərzaq məhsullarına 12 milyard 969 milynr manat xərcləmişdi.
Nəticədə ölkədə adambaşına düşən aylıq ərzaq xərci 160 manat olmuşdu.
2022-ci ilin yanvar-avqust aylarında isə ölkədə ərzaq məhsullarına xərclənən vəsait 15 milyard 946 milyon manat təşkil edib. Bu ötən illə müqayisədə 23% artıqdır.
Nəticədə bu ilin ilk 8 ayı üzrə adambaşına ərzaq xərcləri 196 manata yüksəlib.
17 Avqust 2026
15 Avqust 2026