17:30 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Xəbər verildiyi kimi, ötən gün yeni “Apple Watch” ağıllı saatları,” Airpods Pro” qulaqlıqları, “iPhone 14” telefonları təqdim edilib. Artıq yeni modellərin ABŞ bazarı üçün qiymətləri də bəllidir. Bəs yeni “Apple” telefonları Azərbaycana nə vaxt gələcək və onların qiyməti necə olacaq?
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, “Apple” şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi Asif İbrahimov qeyd edib ki, telefonlar artıq gələn həftənin sonundan ABŞ-da alıcılara təqdim olunacaq: “Bu modellərin sentyabrın sonu, oktyabrın əvvəllərində gəlməsi gözlənilir”.
Yeni modellərin Azərbaycanda satış qiymətlərinə gəldikdə isə bu barədə hələlik dəqiq məlumatın olmadığı bildirilib. Amma hazırda Azərbaycanda satışda olan “iPhone” qiymətlərinin 2500-3300 manat arasında dəyişdiyini nəzərə alsaq, yeni gələcək modellərin bu məbləğlərdən də yuxarı qiymətə satılacağı istisna edilmir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026