14:58 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13% bahalanıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə süd və süd məhsulları da bahalaşıb. Belə ki, 376 qramlıq xamalar 2 manat 50 qəpik idisə, hazırda 5 manata satılır. 2 və ya 3 manat aralığında olan siqaretin qiyməti də sabit qalmayıb. Siqaretlər 2 manatdan çox bahalaşaraq 4 manat 20 qəpiyə çatıb.
Bir müddət əvvəl qiyməti 3-4 manat civarında olan antiperspirantlar isə hazırda 6 manat 25 qəpik və ya 8 manat 50 qəpiyə satılır. Qiyməti 4 manatdan başlayan 150 qramlıq ton balıqlarının qiyməti də 2 manat artıb.
Belə ki, sözügedən qida hazırda 6 manata təklif edilir. 60 qəpiyə satılan sabunların qiyməti isə artıq 1 manata çatıb.
Yuyucu tozların 1 kilo 500 qramı 5-6 manatdan başlayırdısa, hazırda bu rəqəm 7 manatadır.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026