14:49 - 6.09.2022
6 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında “Amazon” və “eBay” elektron ticarət platformalarında Azərbaycanın 40-dan çox çeşiddə yaradıcı mədəniyyət sənayesi məhsulu satışa çıxarılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, pilot layihə çərçivəsində hazırda nümayiş olunan məhsullara xarici alıcılar tərəfindən böyük maraq var.
Bunu nəzərə alaraq, bu qəbildən olan məhsulların “Amazon” və “eBay” platformalarında sayının artırılması nəzərdə tutulur.
Bu məqsədlə sənətkarlıq işləri, milli suvenirlər, rəsm əsərləri, əl işləri və digər yaradıcı mədəniyyət sənayesi məhsulları istehsal edən fərdi sahibkarlar “Azexport” portalı ilə əməkdaşlıq əlaqələri qura bilərlər.
17 Avqust 2026
15 Avqust 2026