10:46 - 25.08.2022
25 avqust, Fineko/abc.az. “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-iyul ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini və ödəniş alan müştərilərin sayını açıqlayıb.
Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 13 675 863 manat təşkil edib. Təkcə cari ilin iyul ayı əzində “Azərsığorta” şirkəti tərəfindən 1597 müştəriyə sığorta ödənişi verilib.
Ümumilikdə isə, yanvar ayından iyul ayının sonunadək müxtəlif sığorta hadisələri üzrə ödəniş alan müştəri sayı 13545-ə çatıb. Onu da qeyd edək ki, bu ilin 7 ayın nəticələrinə görə, “Azərsığorta” şirkəti ən çox sığorta ödənişi edən şirkət olaraq ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk 4-lükdə yer alıb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026