12:53 - 25.05.2018
25 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsini elan edib.
AMB-dan verilən məlumata əsasən, hərrac 29 may 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsi ilə 8,01% – 10,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 13 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.
AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026