10:28 - 21.06.2022
21 iyun, Fineko/abc.az. Mərkəzi Bankdan yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 4-nün bu il yanvarın 1-nə öhdəlikləri 10 milyon manatdan çox olub.
ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “PAŞA Kapital” (78,683 milyon manat), “PSG Kapital” (35,973 milyon manat), “ABB-İnvest” (11,973 milyon manat) və “İnvest-AZ” (10,655 milyon manat) investisiya şirkətləridir.