17:33 - 7.06.2022
7 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Vladimir Putin ölkədəki iqtisadi vəziyyətlə bağlı bəzi məsələləri şərh edib.
O qeyd edib ki, Rusiya hökumətinə iyulun sonuna qədər büdcə qaydalarının yeni dizaynı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, daha sonra Putin bunları deyib:
“Növbəti üç il üçün federal büdcə üzərində iş artıq başlayıb. Burada mühüm, əsas məsələ büdcə qaydalarının layihələndirilməsidir. Bu da təkcə dövlətin sabitliyini təmin etməməli, həm də Rusiyanın artım tempini artırmağa kömək etməlidir. Aydındır ki, burada çevik yanaşmalar və düzəlişlər lazımdır və mən hökumətdən iyulun sonuna qədər büdcə qaydalarının yeni dizaynı ilə bağlı təkliflər verməyi xahiş edirəm”.
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026