17:24 - 7.06.2022
7 iyun, Fineko/abc.az. Rusiya lideri Vladimir Putin ölkədəki iqtisadi-siyasi vəziyyətdən danışıb. O qeyd edib ki, inflyasiya nəzarət altına alınıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, inflyasiya illik ifadədə mayın 27-nə 17,4% təşkil edib.
Eyni zamanda, mayın ikinci yarısından başlayaraq qiymət artımı tamamilə dayanıb.
İndi inflyasiya sıfır səviyyəsindədir”. Bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib. Dövlət başçısı qeyd edib ki, hökumət bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərini diqqətdə saxlamalıdır:
“Burada müsbət cəhətlər var, xalqın dediyi kimi, müəyyən pusqu da var, ona görə də vəziyyəti ən diqqətli şəkildə təhlil edib vaxtında qərarlar qəbul etmək lazımdır”.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026