Rusiyalı milyarderin yaxtası əlindən alınacaq - Məhkəmə ABŞ-ın tələbini dəstəklədi

11:04 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Rusiyalı milyarderlərə qarşı sanksiyalar davam edir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı milyarder və senator Süleyman Kərimovun “Amadea” adlı yaxtası müsadirə olunacaq. Belə ki, Fici Ali Məhkəməsi ABŞ-ın bu məsələ ilə bağlı tələbini dəstəkləyib.

Qeyd edək ki, 300 milyon dollarlıq bu lüks yaxta may ayında ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib. Süleyman Kərimov 2014 və 2018-ci illərdə Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb. Bununla yanaşı, Kərimova Avropa İttifaqı (Aİ) tərəfindən də sanksiya tətbiq edilib.

Müəllif: Elmir Murad