Nazirıiyin bu Fondu hesabat açıqladı - 17 milyon manatdan çox mənfəət qazanıb

11:00 - 29.04.2022


29 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci ili 17 milyon 683 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, halbuki, Fond 2020-ci ildən 32 milyon 229 min manat xalis zərərlə çıxmışdı. Bu barədə qurumun maliyyə hesabatından məlum olur.

Sənədə əsasən, SİF-in yığılmış zərəri 9,1% azalaraq 175 milyon 800 min manata düşüb.

Ötən il Fondun əməliyyat gəlirləri 14 milyon 139 min manat (əvvəlki ilə nisbətən 39,9 % çox), əməliyyat xərcləri 6 milyon 86 min manat (21,4 % çox), ehtimal olunan kredit zərərlərinin azalması hesabına gəlirləri 10 milyon 435 min manat (əvvəlki il zərər edib), mənfəət vergisi ödəmələri isə 805 min manat (3,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 842 milyon 108 min manat olub ki, bu da illik müqayisədə 3 % çoxdur.

Hesabat dövründə Fondun öhdəlikləri 2,9 dəfə aratarq 16 milyon 986 min manata, balans kapitalı isə 0,8% artaraq 825 milyon 122 min manata çatıb.