10:42 - 18.04.2022
18 aprel, Fineko/abc.az. Azərbaycan iş adamları İordaniyada işgüzar səfərdədir.
ABC.AZ-ın məlumatına görə, səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır.
Nümayəndə heyətinə ölkəmizdə biznesə dəstək göstərən müvafiq qurumların, biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları daxildir. İordaniyanın investisiya naziri Khairy Amr Azərbaycanın biznesə dəstək göstərən qurumlarının nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, gələcək birgə təşəbbüslərə dəstək verəcəyini bildirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026