10:43 - 15.04.2022
15 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzgüçülük hovuzunun yenidənqurulması işinin satınalınması üzrə tenderi yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, qalib şirkət "Qardaşlıq" MMC-i seçilib.
Qeyd edək ki, Akademiya qalib şirkət ilə böyük məbləğli müqavilə də imzalayıb.
Müqavilənin məbləği nə az, nə çox 3 milyon 279 min 574 manatdır.
Müəllif: Elmir Murad