Keçmiş Bankir Azərbaycanda şəxsi biznesini yaratdı

11:44 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Azərbaycanda keçmiş bankir, "Ziraat Bank Azərbaycan" bankının idarə heyətinin keçmiş sədri Avni Dəmirçi Bakıda şəxsi biznesini açıb.

ABC.AZ xəbər verir ki, A.Dəmirçi bir neçə ay əvvəl vəzifəsindən ayrılsa da o Türkiyəyə qayıtmayıb. Belə ki, sabiq bankir Bakıda qalaraq öz biznesini yaratmağı qərara alıb.

O bildirib ki, 30 illik bank karyerasına son verərək, ailəsi ilə birlikdə bank sektorunda axırıncı iş yeri olan Azərbaycanda qalmağa qərar verib.

Sabiq bankir qeyd edib ki, Azərbaycanda xarici investorlara münasibətdə son illər ciddi dəyişikliklər qeydə alınıb. D.Avni həmçinin vurğulayıb ki, o cümlədən Qarabağın azad edilməsi bölgədə yeni imkanlar yaradıb.

Müəllif: Elmir Murad