Prezident bu qanunu təsdiqlədi

14:33 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.