Kanada xaricilərə əmlak satışını qadağan etdi

16:25 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Kanadalılar qiymət artımı səbəbindən ev almaqda çətinlik çəkdiyi üçün hökumət 2 il müddətinə xaricilərə mənzil satışını qadağan etmək qərarına gəlib. Ölkə daxilində ev qiymətləri son 1 ildə təxminən 20% artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Kanadada Castin Trudeau hökuməti 2 il müddətinə xaricilərə mənzil satışını qadağan edəcəklərini açıqlayıb.

Qanun layihəsi qiymətlərin artması səbəbindən ev almaqda çətinlik çəkən kanadalıları qorumaq məqsədi daşıyır. Əcnəbilərə satış qadağası artıq ölkədə daimi yaşamaq icazəsi olan şəxsləri və əcnəbi tələbələri əhatə etməyəcək.