Mənzillərin qiyməti bahalaşa bilər – Detallar

10:38 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Rusiya və Ukrayna arasındakı müharibə demək olar ki, bütün sahələrə təsirsiz ötüşmür. Müharibənin təsir etdiyi sahələrdən biri də tikinti bazarıdır.

ABC.AZ-ın məlumatına görə, hazırda tikinti materiallarının qiymətində kəskin artım müşahidə olunur.

Satıcılar da deyir ki, qiymət artımı səbəbindən alıcılar inşaat mallarına maraq göstərmir.

Mövcud vəziyyət mənzil bazarına da ciddi təsir göstərəcək.

Əmlak məsələləri üzrə ekspertlər də bunu istisna etmir.

Belə ki, onlar iddia edir ki, tikinti materialları üzrə qiymətlərin qalxması, yeni tikilən hündürmərtəbəli mənzillər və fərdi həyət evlərinin qiymətinin bahalaşmasına səbəb ola bilər.

Bununla yanaşı hazırkı vəziyyət tikintinin həcminin azalmasına da gətirib çıxara bilər.

Müəllif: Elmir Murad