Milyarderlərin reytinqi açıqlandı - Mask birinci yerdədir

15:11 - 5.04.2022


5 aprel, Fineko/abc.az. “Forbes USA” jurnalı milyarderlərin növbəti reytinqini dərc edib.

ABC.AZ-ın məlumatına görə, bu dəfəki reytinqdə birinci sıranı İlon Mask tutub.

“Forbes.ru”-nun məlumatına görə, iki il əvvəl “SpaceX” və “Tesla”nın rəhbəri 31-ci yerdə olub. İl ərzində sahibkarın sərvəti 68 milyard dollar artaraq 219 milyard dollara çatıb.

Ümumilikdə, reytinqdə 2 668 milyarder yer alır ki, bu da 2021-ci ildəkindən 87 nəfər çoxdur.

Onların ümumi sərvəti isə 12.7 trilyon dollar təşkil edir. Bu da ötən ilkindən 0.4 trilyon dollar azdır.

Dünyanın ən zəngin 20 adamının tam siyahısında birinci yerdə olan İlon Mask 219 mlrd. dollar sərvəti var.

İkinci yerdə 171 mlrd dollarla Ceff Bezosdur. Növbəti yerlər isə belədir:

3. Bernar Arno ($158 mlrd.)

4. Bill Qeyts ($129 mlrd.)

5. Uorren Baffet ($118 mlrd.)

6. Larri Peyc ($111 mlrd.)

7. Serqey Brin ($107 mlrd.)

8. Larri Ellison ($106 mlrd.)

9. Stiv Balmer ($91.4 mlrd.)

10. Mukeş Ambani ($90.7 mlrd.)

11. Quatam Adani və onun ailəsi ($90 mlrd.)

12. Maykl Blumberq ($82 mlrd.)

13. Karlos Slim Elu ($81.2 mlrd.)

14. Fransuaza Betankur-Mayers və ailəsi ($74.8 mlrd.)

15. Mark Çukerberq ($67.3 mlrd.)