İlon Mask "Twitter"in ən böyük səhmdarı oldu

11:31 - 5.04.2022


5 aprel, Fineko/abc.az. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskın Twitter-in səhmlərinin 9,2 faizini aldığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, məlumat açıqlandıqdan sonra Twitter səhmləri sessiya öncəsi əməliyyatlarda 26% bahalaşıb.

Qeys edək ki, İ.Mask martın 14-də 73 milyon 486 min 938 Twitter səhmini almışdı.

Cümə günü Twitter-in bağlanış qiymətinə əsasən səhmlərin cəmi dəyəri 2,89 milyard dollardır. Maskın aldığı səhm onu şirkətin ən böyük səhmdarlarından birinə çevirib.

Bu rəqəm Twitter-in qurucusu Cek Dorsinin 2,25 faiz payından dörd dəfə çoxdur.

Müəllif: Elmir Murad