Bakıda bağ evləri ucuzlaşıb, fərdi mənzillər isə əksinə - Qiymətlər

10:39 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Bakı şəhərində fərdi yaşayış və bağ evlərinin orta qiyməti açıqlanıb.

ABC.AZ xəbər verir ki, Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən, 2022-ci ilin yanvar ayında paytaxtda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 842 manat olub.

Bu, əvvəlki (2021-ci ilin dekabrı) ay ilə müqayisədə 2,6 faiz, 2021-ci ilin yanvar ayı ilə (illik) müqayisədə isə 8,6 faiz azdır. Paytaxtda fərdi evlərin orta qiyməti isə 179 726 manat olub.

Bu isə qiymətlərin aylıq müqayisədə 1,1 faiz, illik müqayisədə isə 12,1 faiz artdığını göstərir.

Bakıda lüks evlərin kvadratmetrinə görə qiyməti 1 701 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 2 faiz, illik müqayisədə isə 3 faiz artıb.