Azərbaycanda ən çox maaşı olan sahələr - 3000 manatdan çox pul alırlar

16:35 - 9.02.2022


9 fevral, Fineko/abc.az. Azərbaycanda ən çox əməkhaqqı təklif olunan sahələr İKT, maliyyə, insan resursları, hüquq, satış, layihə rəhbəri funksiyalarıdır.

ABC.AZ xəbər verir ki, bunu insan resursları və əmək bazarı üzrə mütəxəssisləşən İlham Həsənov Oxu.Az-a müsahibəsində 2021-ci il üzrə əmək bazarını dəyərləndirərkən bildirib.

Mütəxəssiq sözügedən sahələrdəki aylıq gəlirləri də açıqlayıb.

Qeyd olunan sahədə maaşlar 3000 manatdan çoxdur deyən İ.Həsənov

"İl ərzində qarşılaşdığınız ən yüksək əməkhaqqı nə qədər olub? Vəd edilən əməkhaqqı hansı sektorla bağlı idi?" sualların belə cavab verib:  "İl ərzində rastlaşdığım ən yüksək əməkhaqqı pərakəndə satış, İKT və neft-qaz sektorunda idi. Məbləğ bonusla birlikdə 10000 manatdan çox olub".