10:58 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. 2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artaraq 1 milyon 781,1 min nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.
Hesabata əsasən, muzdlu işçilərin 836,9 min nəfəri dövlət (2,5% azalma), 944,2 min nəfəri isə qeyri-dövlət (3,7% artım) sektorunda fəaliyyət göstərib. İqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin pay bölgüsü aşağıdakı kimidir:
Ticarət və nəqliyyat vasitələrinin təmiri: 18,9%
Təhsil: 17,5%
Sənaye: 13,9%
Səhiyyə və sosial xidmətlər: 8,6%
Tikinti: 6,8%
Dövlət idarəetməsi, müdafiə və sosial təminat: 6,1%
Nəqliyyat və anbar təsərrüfatı: 4,4%
Peşə, elmi və texniki fəaliyyət: 3,9%
Maliyyə və sığorta fəaliyyəti: 2,5%
Kənd, meşə və balıqçılıq təsərrüfatı: 2,3%
Digər sahələr: 15,1%
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026