Azərbaycanda 4 günlük iş rejimi tətbiq oluna bilərmi? - 4 günlük işin faydaları

16:06 - 9.02.2022


9 fevral, Fineko/abc.az. Dörd günlük iş rejiminin tətbiqinin təbii ki, müsbət tərəfləri çoxdur. Bu işçiləri daha enerjili və məhsuldar edə bilər, eyni zamanda stres səviyyəsini də kəskin azalda bilər.

ABC.AZ xəbər verir ki, bunu insan resursları və əmək bazarı üzrə mütəxəssisləşən İlham Həsənov Oxu.Az-a müsahibəsində 2021-ci il üzrə əmək bazarını dəyərləndirərkən bildirib.

O bu dövr ərzində ölkədə ən gəlirli və perspektivli əmək sahələrini sadalayıb, eləcə də, 2022-ci ildə müvafiq bazarda baş verə biləcək yeniliklərdən danışıb.

"Bütün bunlar işçinin rifahının yüksəlməsinə səbəb ola bilər. Lakin bunun həmçinin şirkət üçün də effektiv olması üçün ənənəvi sovet idarəetmə üsullarından kənara çıxıb, korporativ və çevik idarəetmə üsullarına və infrastrukturuna keçmək lazımdır. Ümid etmək istərdim ki, Azərbaycanda əksər şirkətlər bu istiqamətdə artıq düşünürlər", - deyə İ.Həsənov qeyd edib.