14:58 - 3.02.2022
3 fevral, Fineko/abc.az. "Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil.
ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur: “Azərbaycanda COVID-19 (Omikron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, "Omikron" virusunun yoluxma tezliyini nəzərə alsaq bu gözlənilən idi. Yenidən iqtisadi sektorda qapanmalar ola bilərmi? “Lock-down” tədbirlərinə ehtiyac varmı?” Dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar. Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. "Omikron" virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir”.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026