İsmayıllıda yeni otel tikilir - Mehmanxanın möhtəşəm fotoları

12:27 - 1.02.2022


1 fevral, Fineko/abc.az. İsmayıllıda yeni otel tikilir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Basqal Hotel & Spa tikilməkdədir, hazırda inşaat işləri gedir.

Yeni otel İsmayıllının Basqal qəsəbəsinin yaxınlığında yerləşir. İnşa olunan sağlamlıq və ailə istirahət kompleksinin müəllifi “Chiza Architectural Bureau” şirkətidir. Sifarişçi isə “Kontinent İnşaat”dır.

Ərazinin ümumi sahəsi  17.13 Ha, tikinti sahəsi 12 563,58 m² təşkil edir. Kompleks daxil olan beşmərtəbəli otel binası 179 nömrədən ibarət olacaq.