“Google” “WhatsApp”la bağlı yeni qaydalar planlayır

12:01 - 1.02.2022


1 fevral, Fineko/abc.az. “Google” “Android”də “WhatsApp” istifadəçilərini söhbətlərin ehtiyat nüsxələrinin qeyri-məhdud saxlanması imkanından məhrum etməyi planlayır.

ABC.AZ-ın məlumatına görə, bundan sonra saxlanılan bütün mesajlar yer tutacaq.

“Google” siyasətində dəyişikliklər haqqında məlumat messencerin “beta” versiyalarından birinin kodunda tapılıb.

Yenilik istifadəyə verildikdən sonra “Google Drive” istifadəçiləri “WhatsApp” çatlarının surətlərinin saxlanması limitinə çatdıqda xəbərdarlıq edəcək. Dəyişikliklərin nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil.