16:09 - 27.01.2022
27 yanvar, Fineko/abc.az. Sosial şəbəkələrdə Ağdam şəhərində tikintisi başlayan 6 mərtəbəli yaşayış binalarının fotoları paylaşılıb.
ABC.AZ-ın məlumatına görə, fotolarda şəhərin giriş hissəsində 30 ədəd 6 mərtəbəli binanın tikiləcəyi qeyd edilib. Binaların ətrafı abadlaşdırılacaq, yeni yollar tikiləcək.
Bunalar mərhələli formada tikiləcək. İlk mərhələdə binaların 6-ı, 2023-cü ilin sonuna hazır olacaq.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026