12:18 - 24.01.2022
24 yanvar, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.
ABC.AZ xəbər verir ki, 1 558 339 manatlıq tenderin qalibi "Azəri Biznes" MMC olub.
Tenderlə Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binası tikiləcək.