İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək

14:39 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plenar iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.

Belə ki, plenar iclasın III oxunuşunda “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi deputatların müzakirəsinə çıxarılıb.

Dəyişiklikdə sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.